METBUAT.AZ

Dünya

Bu qərarı eşidən prezident hönkür-hönkür ağladı -

25 May 2024 12:49

Serbiya prezidenti Aleksandr Vuçiç BMT iclasında ağlayıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb iclasda qəbul edilən qərar olub. Belə ki, qərara görə, 11 iyul “Srebrenitsa soyqırımı qurbanlarının anım günü” kimi qeyd ediləcək.

Qərarı eşidən Vuçiç ölkəsinin bayrağını öpərək ağlayıb. O, qərarın Bosniya və Serbiya arasında gərginliyi artıracağını deyib.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə marağa səbəb olub.



metbuat.az.