METBUAT.AZ

Ölkə

Bu rayonlarda yağış yağdı, leysan oldu -

12 May 2024 12:08

Milli Hidrometeorologiya Xidmətinin mayın 12-si saat 10:00-a olan məlumatına əsasən gözlənildiyi kimi əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Arabir güclənən şimal-qərb küləyi əsib.

Xidmətdən Metbuat-a verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 9, Tovuz, Balakəndə 6, Şəmkirdə 5, Şahbuzda 4, Qax, Gəncə, Şəki, Ceyrançöl, Sədərək, Gədəbəy, Naxçıvan, Şahdağ, Göygöl, İsmayıllı, Tərtər, Kürdəmir, Yevlax, Ağdam, Culfa, Ordubad, Şərurda 3 millimetrədək olub.

Mayın 11-i Daşkəsən rayonuna saat 14:45-14:47 radələrində diametri 8, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar ərazisinə saat 15:00-15:18 radələrində 17, Gədəbəy rayonuna isə saat 14:10-14:18 radələrində 9 millimetr olan dolu düşüb.

Şimal-qərb küləyi əsib, arabir Bakıda və Abşeron yarımadasında saniyədə 17, Mingəçevirdə 25, Tərtər, Goranboyda 23, Naftalanda 22, Şahdağ, Şəkidə 20, Gəncədə 18 metrədək güclənib.

Göygöl, Şamaxı, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Yevlax, Göyçayda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan Muxtar Respublikasında 20-26, Aran rayonlarında 22-27, dağlıq rayonlarda isə 15-19 dərəcə isti təşkil edib.


metbuat.az.