13 May 2024 22:12
Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov bu vəzifədə olarkən nə qədər maaş alması ilə bağlı suala cavab verib.
Metbuat.az xəbər verir ki, o, İTV-də yayımlanan müsahibəsində heç vaxt kasıb insan olmadığını bildirib:
“Hesab edirəm ki, bu sualın verilməsi heç də etik deyil. Maaşa əlavələr də olurdu. Mənim səfir diplmatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqına olan əlavələri və təchizat xərclərini də nəzərə alsaq, kifayət qədər münasib bir məbləğ alınırdı. Mən həyatım boyu heç vaxt kasıb insan olmamışam.
Əvvəla, atam akademik idi, mən hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım. 13 ilə yaxın ABŞ-də yaşamışam və hər zaman yüksək əməkhaqqım olub. Ümumiyyətlə, deyə bilərəm ki, mənim sıxıntım olmayıb. Belə cavab sizi qane edirmi?”