METBUAT.AZ

Ölkə

Bu xəstəxanaya baş həkim

24 May 2024 11:40

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni təyinatlar olub.

Metbuat.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş direktorunun müavini - baş həkim vəzifəsinə təyin edilib.

Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.


metbuat.az.