31 May 2024 11:32
Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 266.6-cı km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 3 iyun saat 10:00-dan 18:00-a qədər qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Metbuat.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Yol bağlanmır. Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.