METBUAT.AZ

Ölkə

Cəlilabadda tut yeyən azyaşlı faciəvi şəkildə vəfat etdi

23 May 2024 21:42

Cəlilabadda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün rayonun Günəşli kəndində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyeva tut yemək üçün ağaca çıxıb. Bu zaman onu ağacda elektrik cərəyanı vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun artıq öldüyü məlum olub.

Məlumata görə, mərhum ailədə 3 bacı və 1 qardaş olublar. Baş verən bədbəxt hadisə ilə bağlı TƏBİB-də açıqlama verib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 18:25 radələrində 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxs elektrik cərəyanı vurması səbəbilə xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Xəsarət alan şəxsin həkiməqədər ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


metbuat.az.