METBUAT.AZ

Ölkə

"Daşqınlar ola bilər, təcili şəkildə..." -

27 May 2024 14:50

“Bu il atmosfer yağıntıları keçən ilə nisbətən çox düşüb. Ümumiyyətlə, bu il hidroloji baxımdan bol sulu il hesab olunur. Ona görə də, çaylar daha çox daşır. Çaylarda su əmələgəlmə prosesi gedir".

Bu sözləri Metbuat.az-a açıqlamasında ekoloq Rövşən Abbasov deyib. O bildirib ki, Azərbaycandakı su anbarları vaxtından əvvəl dolub:

"Ola bilsin ki, yaxın gələcəkdə su ehtiyatlarının tənzimlənməsində çətinliklər yarana, daşqınlar ola bilər. Buna hazır olmaq lazımdır. Təcili şəkildə Kür çayının aşağı hissəsində infrastruktur, bəndlərin möhkəmliyi yoxlanılmalıdır. Bəndlər hazır vəziyyətə gətirilməlidir. Əhali bu barədə xəbərdar edilməlidir ki, mümkün daşqın hallarında hansı cavab tədbirlərini görsünlər”.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.