METBUAT.AZ

Ölkə

Deputatdan limitlərlə bağlı vacib

15 May 2024 15:56

Xammalın istifadəsi ilə bağlı limitlər müəyyənləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisdə çıxış edən millət vəkili Vüqar Bayramov bildirib ki, dünya praktikasında daha çox idxalla bağlı limitlər müəyyənləşdirilir:

“Çünki yerli istehsal fərqli səbəblərdən dəyişə bilər. Ona görə də təklif edərdim ki, bu qanun bu maddədə yerli xammalla bağlı deyil, idxalla bağlı tələblər və ya limitlər müəyyənləşdirilsin. Nəticədə bu, artıq idxaldan asılılığın minimumlaşdırılması və daha çox yerli məhsullardan istifadəyə imkan yarada bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.