METBUAT.AZ

Ölkə

DİN-dən işğaldan azad olunan bölgələrdə çalışanlara

22 May 2024 14:08

Daxili İşlər Nazirliyi (DİN) azad olunan bölgələrdə çalışan şəxsləri tapdıqları silahları-sursatları polisə təhvil verməyə çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bölgədə abadlıq, tikinti, quruculuq işlərinə cəlb edilən şəxslərdən xahiş edirik ki, silah-sursat, partlayıcı maddələrə, şübhəli əşyalara rast gəldikdə, aşkarladıqda DİN-in 102 Zəng Mərkəzinə, yaxud ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat versinlər.

Hərbi təyinatlı əşyalara mülki şəxslərin toxunması həyat və sağlamlığa təhlükə yaratmaqla yanaşı, həmin əşyaları götürmək, daşımaq, saxlamaq, başqasına vermək cinayət məsuliyyətinə səbəb olur.

"Qeyd olunanları nəzərə alaraq, bir daha bölgədə çalışan şəxsləri ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq", - deyə məlumatda vurğulanıb.


metbuat.az.