10 May 2024 17:01
ABŞ Mərkəzi Bankı FED bu il faiz endiriminə getməyəcəklərini açıqlamışdı. Qurum son günlərdə faizləri sabit tutma qərarı alıb. Bu addımda məqsədin dolların dəyərini qorumaq olduğu bildirilir.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, iqtisadçı Səlcuk Geçer dollarla bağlı yeni proqnoz verib. O deyib ki, dollar ciddi ölçüdə dəyər itirəcək:
"Riski addımlardan uzaq durun, gözləməyi öyrənin. Heç kim dolların sürətlə artmasını gözləməsin, çünki dolların yüksəlməsini bank faizlərinin üzərinə çıxarmamaq üçün əllərindən gələni edəcəklər. Əks təqdirdə dollarda çox sərt formada artımlar ola bilər".