METBUAT.AZ

Ölkə

Dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanıldı

7 May 2024 22:30

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.


metbuat.az.