METBUAT.AZ

Şou

Efirdə Xalq artistinin mikrofonunu bağladılar -

24 May 2024 17:11

“Mənə deyirlər, Toğrul obrazı nədir, pəncərəni, işığı qapadır. O mən özüməm. Biz çox yaxınıq. Kişi ona dəyərli olan şeyi qorumalıdır. Bu, onun kişilik borcudur. Sən sevdiyin qadını, dağı-daşı, Vətəni qorumalısan. Ailənin rəisisən, maddi-mənəvi təminatı sənə bağlıdır. Əgər yanındakını pis niyyətlərdən, bədnəzərdən qoruya bilmirsənsə, ona layiq deyilsən".

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nürəddin Mehdixanlı "Rəngarəng səhər" verilişində deyib. Aktyorun açıqlaması aparıcı Aysel Novruzovanı əsəbiləşdirib.

N.Mehdixanlı aparıcının etirazına bunları deyib:

"Xəstəlik və qısqanmaq ayrı anlayışlardır. Qorumaq qapamaq deyil. Mən pəncərə qapamıram. Amma hər bir kişi qadınını qorumalı və sahib çıxmalıdır. Niyə qapı-pəncərə bağlanır, çünki yalan var. Ailəni dağıdan yalan deyilən bir iblis var. Küçədə o hadisə baş verəndə Toğrul soruşur ki, sən o adamı tanıyırsan? Qadın deyir, həyatımda görməmişəm. Sonra üzə çıxır ki, onlar birgə oxuyublar, hətta onu sevib, elçi də göndərib. Siz Toğrulun yerində olun. Qapatmaq sözündən nə tutmusunuz? Qadının gözəlliyi qadın olmağı bacarmağındadır. Əgər hər yanlışda birini buraxsan, gərək hər gün birini alasan".

Bu sözlərdən sonra aktyorun mikrofonunu bağlayıblar.


metbuat.az.