METBUAT.AZ

Sosial

Əfv komissiyasında neçə müraciətə baxılıb? -

16 May 2024 10:47

İndiyə qədər Əfv Məsələləri Komissiyasında 600-ə yaxın müraciətə baxılıb.

Bu Metbuat.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, müraciətlərə baxılması davam edir:

"İndiyə qədər Əfv komissiyasının 5 iclası keçirilib və 600-ə yaxın müraciətə baxılıb. Hələ də müraciətlərə baxılması davam edir. Kimin əfv olunmasını isə biz bilə bilmərik. Çünki bu, konseptual xarakter daşıyır. Əfvetmə komissiyası haqqında əsasnamə var. O əsasnamədə məhkumlar tərəfindən müraciətlərə baxılarkən hansı məsələlər diqqətə alınmalıdır, aydın şəkildə göstərilib. O məsələlər əsas götürülərək və humanizm prinsipinə söykənərək rəylər hazırlanır. Bu rəylər cənab Prezidentə təqdim olunur. Qərar etmək isə artıq Prezidentin səlahiyyətidir".

Xatırladaq ki, may ayında əfv sərəncamının imzalanması gözlənilir.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.