METBUAT.AZ

Şou

Emin Ağalarov dinlədiyi azərbaycanlı müğənnilərin

1 May 2024 15:13

Xalq artisti Emin Ağalarov dinlədiyi azərbaycanlı müğənnilərin adını açıqlayıb.

Metbuat.az yazır ki, bu barədə o “Persona” verilişində danışıb. O, aparıcının “Azərbaycanlı müğənnilərdən kim xoşunuza gəlir? sualına belə cavab verib.

“Mən “daha çox” deməyi xoşlamıram. Eyyub Yaqubovun da yaradıcılığına hörmət edirəm. Röyanın da, Faiq Ağayevin də. Çoxlu gənc ulduzlar var. Biz “Azərbaycan” mahnısını yazanda ora bir çox müğənnini dəvət etmişdik. Müxtəlif janrların ifaçıları idi. Bu mahnını birlikdə oxuduq. Bizdə istedadlı müğənnilər çoxdur. Çoxları azərbaycanlı olsalar da, ölkədən kənarda məşhurlaşıblar. Coni, Hammali, Navai, Bahh Tee, Rauf və Faik... Məncə, bu əladır”.

Emin dinlədiyi müğənnilərdən Xalq artistləri Eyyub Yaqubov, Röya Ayxan və Faiq Ağayevin adını çəkib.


metbuat.az.