METBUAT.AZ

İqtisadiyyat

Ərdoğan bu protokolu

25 May 2024 09:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkə başçısı qərar imzalayıb.

Xatırladaq ki, sözügedən sənəd ötən il aprelin 29-da imzalanıb. Eyni ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev sənədi təsdiqləyib. Bu ilin mayında isə yenilənmiş Preferensial Ticarət Sazişinə daxil olan məhsulların adı açıqlanıb.


metbuat.az.