10 May 2024 15:57
Türkiyə prezidentinin iyulun 12-13-də keçiriləcək NATO sammiti ilə əlaqədar ABŞ-a əvvəllər təxirə salınmış səfəri gözlənilir.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında danışıb.
O bildirib ki, iyulda keçiriləcək NATO sammitində prezident Ərdoğanı qəbul etməyi səbirsizliklə gözləyirik.
Con Bass həmçinin qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb.