16 May 2024 03:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı hücumu qınayıb.
Metbuat.az xəbər verir ki, Ərdoğan bununla bağlı sosial media hesabında paylaşım edib.
“Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı törədilən bu dəhşətli sui-qəsdi qətiyyətlə pisləyirəm. Ona tezliklə şəfa tapmasını arzulayıram”, - Ərdoğan qeyd edib.