2 May 2024 09:47
Xəbər verdiyimiz kimi, aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb.
Metbuat.az-ın məlumatına görə, yaxınları onların 6 il əvvəl ailə qurduqlarını və Sevincin 3 yaşlı övladının yadigar qaldığını bildiriblər. Onların sözlərinə görə, ailədə zaman-zaman mübahisələr olur, buna görə Sevinc döyülürmüş.
Ətraflı Baku TV-nin sujetində: