METBUAT.AZ

Sağlamlıq

Əriyin bu faydalarını bilirdinizmi? -

8 May 2024 18:04

Ən faydalı meyvələrdən olan ərik bir çox orqan və sistemlər üçün çox müsbət təsirə malikdir. Tərkibində şəkər, limon və alma turşusu, nişasta, B, C, H, E, P vitaminləri, çoxlu miqdarda A vitamini, dəmir, gümüş, kalium, fosfor, maqnium var.

Metbuat.az xəbər verir ki, kaliumla zəngin olan ərik ürək üçün faydalıdır. Ürəyin fəaliyyətini yaxşılaşdırır, bədəndəki şişkinliyi azaldır, yay aylarında arterial təzyiqi və ürək ritmini tənzimləməyə kömək edir. Ərikdə kalsium duzları olduğundan ürək-damar sistemi və qanazlığı xəstəliklərində orqanizmə faydalı təsir göstərir. A provitamini səbəbindən üz dərisini təmizləyir, təbii parlaqlıq yaradır. Günəş şüalarının yandırdığı dəriyə ərik əzməsindən maska edilməsi tövsiyə olunur.

Ərik qanda hemoqlobinin miqdarını artırır, orqanizmin hərəkət qüvvəsini yüksəldir. Mütəmadi olaraq ərik yemək qalxanvari vəz xəstəliklərinin əlamətlərini də azaldır. Ərik və ərik qurusu görmə orqanına müsbət təsir edir, göz sinir və damarlarını qidalandırır. Ərik təzyiqi olanlar üçün də faydalıdır. Hamilə qadınlara ərik şirəsinin istehlakı məsləhətdir.


metbuat.az.