7 May 2024 22:04
Ermənistan-Azərbaycan sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Yeraltı təkanlar mayın 7-də saat 20:40-da olub.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub.