29 May 2024 00:21
Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib.
Nazirlər Kabinetinin rəhbərinin fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı “çoxsaylı xəbərdarlıqlar” alıblar.