26 May 2024 12:02
Ermənistanın şimalında daşqınlar nəticəsində azı bir nəfər ölüb, binalar və infrastruktura ziyan dəyib.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Rusiya Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu" İrəvan-Tbilisi-İrəvan marşrutu üzrə hərəkət edən qatarların hərəkətini relslərdə baş verən sürüşmə səbəbindən dayandırıb.
Qeyd edək ki, daşqınlar nəticəsində Ermənistan-Gürcüstan avtomobil yolu da bağlanıb.