METBUAT.AZ

Hadisə

Faciəvi şəkildə ölən tələbənin görüntüsü -

21 May 2024 09:22

Azərbaycanda tələbə faciəvi şəkildə vəfat edib.

Metbuat.az xəbər verir ki, 24 yaşlı İsmayıl İsmayılov Göyçayda ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttinə toxunub.

Hadisə nəticəsində o, cərəyan vurmasından ölüb. Vəfat edən şəxsin tələbə olduğu bildirilir.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, İ. İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış.


metbuat.az.