METBUAT.AZ

İdman

Getməyə qərar verdi

23 May 2024 03:25

İspaniya təmsilçisi "Atletiko"nun (Madrid) futbolçusu Memfis Depay klubdan ayrılacaq.

Metbuat.az xəbər verir ki, yayda müqavilə müddəti başa çatan niderlandlı futbolçu yeni sözləşmə imzalamayacaq.

Qeyd edək ki, cari mövsüm Madrid təmsilçisinin heyətində 31 oyuna çıxan M.Depay 9 qol vurub, 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.


metbuat.az.