METBUAT.AZ

Gündəm

GÖZLƏMƏ 2

1 May 2024 15:13

“Bütün dünyada olduğu kimi Azərbaycanda böyrək transplantasiyasına daha çox ehtiyac var. İkinci yerdə isə sümük iliyi, üçüncü yerdə qara ciyər transplantasiyasına ehtiyac olanlar yer alır”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

“Bizim hazırda 400-dən çox böyrək transplantasiyası gözləyən xəstəmiz var. Amma ümumi halda 4000-dən çox dializ xəstəsi var.

Qeyd edim ki, Azərbaycanda buynuz qişa transplantasiyası xaricdən imzalanmış müqavilələr əsasında ixrac edilir”.


metbuat.az.