8 May 2024 15:25
“Xəstəlik varsa, bunun fərqinə varmaq lazımdır. Ən çox bizi həyəcanlandıran hamiləlik dönəmidir”.
Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Şəhla Şabanova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində canlı yayım zamanı deyib.
“Bəzən talasemiya minor olan daşıyıcı hamilə qadınlar gəlir. Biz bu halda onların yoldaşlarını yoxlayırıq. Çalışırıq ki, xəstəliyi nəzarətdə saxlayıb sağlam fərdlərin doğulmasına şərait yaradaq”.
Həkim qeyd edib ki, talasemiya daşıyıcılarında klinik simptomlar olmur:
“Əgər təhlillərdə qan dəyərlərində dəyişiklik müşahidə edilərsə, mütləqdir ki, növbəti addımlarda talasemiya daşıyıcılarını müəyyən edən testlər edilir. Amma 30 yaşda heç bir şikayəti olmayan adam da bu xəstəlik müşahidə edilə bilər.Bizim həssas nöqtələrimizdən biri də dəmir defisiti olan insanlara dəmir preparatlarının təyinidir. Əgər hədsiz dəmir yükənməsi edilərsə, xəstələrdə qəfil qanaxmalar ola bilər”.