METBUAT.AZ

Dünya

Güllələnən nazirin son vəziyyəti

18 May 2024 14:14

Slovakiyanın sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun səhhəti əməliyyatdan sonra yaxşılaşıb.

Metbuat.az bildirir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak məlumat verib.

“Yaxşı əhvali-ruhiyyədəyəm, çünki Baş nazir Fitsonun vəziyyətində irəliləyiş görürəm. Vəziyyət hələ də çox ciddidir, lakin irəliləyişlər məni ruhlandırır”, – deyə müdafiə naziri bildirib.

Sui-qəsddə şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxarılacaq. Məlumata görə, məhkəmə mayın 18-nə təyin edilib. Prokurorluq adam öldürməyə cəhddə təqsirləndirilən şübhəlinin həbs olunmasını istəyib. Onu ömürlük həbs cəzası gözləyir.


metbuat.az.