2 May 2024 00:29
Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edən aksiya iştirakçılarına videomüraciət edib.
Metbuat.az xəbər verir ki, o, etirazçıları parlamentin ətrafından geri çəkilməyə çağırıb. O bildirib ki,qanun artıq ikinci oxunuşda qəbul olunub.
"Dəfələrlə dediyim kimi sizinləyəm. Bütün dünya bizi izləyir. Bu, bizim üçün ən böyük gücdür. Gürcüstan heç vaxt Rusiya olmayacaq" - Salome Zurabişvili deyib.