METBUAT.AZ

Gündəm

Helikopterlə bağlı yeni detal üzə çıxdı -

20 May 2024 17:03

"İran prezidentinin uçduğu "Bell 212" helikopteri çətin hava şəraitində uçuş üçün yararsız olub".

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu həvəskar pilot, kiçik təyyarələri müstəqil şəkildə idarə edən Yulian Repke deyib. O bildirib ki, bu uçuş heyət üzvləri üçün "intihar" demək idi:

"İran prezidenti 1990-cı illərdə istehsal edilmiş Bell 212 helikopterində idi. Bu helikopter əvvəllər İran ordusunda istifadə edilib, sonradan mülki görüntü vermək məqsədi ilə rəngləyiblər".

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. İlkin məlumata görə, qəzaya səbəb qatı duman olub.

Qəzaya düşən Bell 212 helikopterləri ABŞ istehsalıdır.


metbuat.az.