5 May 2024 09:01
HƏMAS İsraillə “mərhələli” atəşkəs sazişi bağlamaq niyyətindədir.
Metbuat.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi HƏMAS-ın rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Eyni zamanda, Fələstin tərəfi İsraildən atəşkəs və münaqişəyə son qoyulması öhdəliyinə zəmanət tələb edir.
İsrail hələlik bu təklifə cavab verməyib.