10 May 2024 10:50
"Ulu Öndərin yolu ilə sona qədər əminliklə gedəcəyik".
Metbuat.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O qeyd edib ki, başlıca sərvətimiz olan Azərbaycan dövlətinin yaradıcısı, qurucu liderimiz Heydər Əliyevi hər zaman çox böyük ehtiramla yad etmək hər birimizin borcudur:
"Onun təkcə Azərbaycan və bu region üçün deyil, dünyada gedən proseslərə verdiyi böyük töhfəni hər zaman xatırlayaq və dünya ictimaiyyətinə çatdıraq. Bu töhfə çox böyükdür və onun nəticələrini bu gün görürsünüz. Allah Ulu Öndərə rəhmət eləsin, ruhu şad olsun. Biz də onun yolu ilə sona qədər əmin olaraq gedəcəyik".
Seyranə Quliyeva / Metbuat.az