1 May 2024 13:05
"Həzi Aslanov 2 stansiyası xətlərin ayrılması layihəsinin tərkib hissəsidir. Bu işlər kompleks şəkildə aparılmalıdır. 2011-ci ildə təsdiq olunmuş Bakı metropoliteni konseptual inkişaf sxemi və sonuncu təqdiq olunmuş sənəd kimi Bakı şəhərinin baş planında nəqliyyat hissəsində də yer alıb".
Bu sözləri Metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hələki metrostansiyada işlərin tamamlanması məsələsi aktual deyil.
"Hələki dəqiq vaxt demək olmaz. Çünki, ona qədər konseptual inkişaf sxemi və Bakı şəhərinin baş planı üzrə müəyyən məsələlər həllini tapmalıdır. İşlərə başlanılması Xətai stansiyasındakı sonrakı sahənin inşası ilə birbaşa əlaqədərdır. Bu məsələlərə aydınlıq gətirildikcə ictimaiyətə əlavə məlumatlar veriləcək . Amma hal-hazırda bu barədə danışmaq çox tezdir".
Qeyd edək ki, 10 il öncə “Bakı Metropoliteni” QSC-nin Xətai rayonunda inşasına başladığı “Həzi Aslanov-2” metro stansiyasında işlər hələdə tamamlanmayıb.
Seyranə Quliyeva / Metbuat.az