METBUAT.AZ

Siyasət

İlham Əliyev Slovakiyanın Baş nazirinə edilən sui-qəsd

15 May 2024 19:51

Slovakiyanın Baş naziri Robert Fikoya edilən sui-qəsd cəhdindən dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram.

Metbuat.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "X" səhifəsindəki paylaşımında yer alıb.

Dövlət başçısı slovakiyalı nazirə tezliklə sağalmağı diləyib.

Qeyd edək ki, mayın 15-də Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb.


metbuat.az.