31 May 2024 16:20
Xalq artisti İlhamə Quliyevanın övladlıq oğlu Orxan Nadirovla bağlı yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızının aparıcı olduğu “Səni axtarıram” verilişində danışılıb. Məlumata görə, Orxan Nadirov həbs edilməyib, onun bir saxta, bir əsl pasportu olub.
Anası isə deyib ki, Orxan ona 8 ay zəng etməyib:
"Əgər salamat olsa, mənə zəng edərdi. Elə bir məlumatı məndə almışdım. Orxan qurumlar tərəfindən saxlanılmayıbsa, mümkün deyil mənimlə əlaqə saxlamasın. O bilir mən necəyəm, nə problemlərim var. Çünki gün ərzində iki-üç dəfə onunla danışırdım”.