METBUAT.AZ

İdman

İngiltərə nəhəngi Ardanı istəyir -

17 May 2024 16:12

“Real Madrid”in türkiyəli oyunçusu Arda Gülər karyerasını İngiltərədə davam etdirə bilər.

Metbuat.az bildirir ki, 19 yaşlı yarımmüdafiəçi “Arsenal”ın transfer gündəmindədir. Məlumata görə, “topçular” Ardaya görə “kral klubuna” 45 milyon avroluq təklif göndəriblər.

Lakin Güləri komandanın gələcəyi üçün vacib hesab edən “Real” onu itirmək istəmir.

“Los blankos” London təmsilçisinin ilk təklifinə rədd cavabı verib.


metbuat.az.