10 May 2024 17:32
Hazırda özümü normal hiss edirəm.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.
Fevralın əvvəlində insult keçirən 51 yaşlı veteran hücumçunun sözlərinə görə, müalicəsini davam etdirir:
“Dostumun köməyilə hər gün fizioterapiyaya gedirəm. Artıq müalicə sayəsində sol əlimi də işlədə bilirəm. Bütün müalicə və dərman xərclərimin hamısına Heydər Əliyev Fondu nəzarət edir. Həkimlər 6 aya tam şəkildə sağalacağıma vəd edirlər. Əvvələ nisbətən hər şey çox daha yaxşıdır”.