21 May 2024 15:28
Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb.
Metbuat.az İran mediasına istinadən xəbər verir ki, cənazələri daşıyan təyyarə Mehrabad hava limanına çatıb. Onlarla Tehranda vida mərasimi keçiriləcək.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.