28 May 2024 14:43
İran Rusiyadan dəyəri 500 milyon dollar olan 12 Mi-17 helikopteri alacaq.
Mebuat.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, helikopterlər İslam Respublikasının Qızıl Ay Cəmiyyətinin istifadəsinə veriləcək.
Məlumata görə, ilk 4 təyyarənin 2025-ci ilin martına qədər təhvil verilməsi planlaşdırılır.