20 May 2024 01:04
İranda qəzaya uğrayan helikopterin axtarış-xilasetmə işlərinə “Akıncı” tipli PUA və gecəgörmə qabiliyyətinə malik “Cougar” tipli helikopter cəlb edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "X" səhifəsində bildirib.
Nazirlikdən bildirilib ki, İran hakimiyyətinin Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə etdiyi müraciət əsasında İran prezidentinin və onun nümayəndə heyətinin qəzaya uğrayan helikopterinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün “Akıncı” tipli PUA və gecəgörmə qabiliyyətinə malik “Cougar” tipli helikopter cəlb edilib.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.