METBUAT.AZ

Dünya

İranın bu bölgəsi su altında qaldı -

16 May 2024 15:57

İranın Xorasan Rəzəvi əyalətinə yağan fasiləsiz yağışlar nəticəsində daşqınlar baş verib.

Metbuat.az xəbər verir ki, bunu Xorasan Rəzəvi əyalətinin böhran vəziyyəti üzrə idarəsinin başçısı Seyid Reza Abbasi Neyşaburi bildirib.

Baş verən daşqınlar zamanı 7 nəfər ölüb, bir neçə nəfər isə itkin düşüb.

300-ə yaxın insanın təxliyə edildiyi bildirilir.


metbuat.az.