METBUAT.AZ

Gündəm

İranlı müxbir helikopterin qəzaya uğradığı yerdən

19 May 2024 23:09

İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yerə yaxın ərazidə olan müxbir axtarışların nəticə vermədiyini bildirib.

Metbuat.az İRNA-ya istinadən xəbər verir ki, İranın “Xəbər” telekanalının müxbiri prezidentin helikopterinin qəzaya uğradığı yerin yaxınlığından məlumat verib:

“Hava çox dumanlıdır və yardımı çətinləşdirir. Prezidentin helikopterinin yeri barədə hələ də etibarlı məlumat yoxdur. Yeni xilasedici qruplar və bəzi alpinistlər xilasetmə qruplarına qoşulub”.

Müxbir əlverişsiz hava şəraiti səbəbindən helikopterlə axtarışın mümkün olmadığını fikirlərinə əlavə edib.


metbuat.az.