METBUAT.AZ

Siyasət

İrəvan narahatdır:

3 May 2024 15:55


Bugünkü Ermənistan Respublikası adlanan dövlətin yerləşdiyi bütün ərazilərin tarixi Azərbaycan torpaqlarıdır, İrəvan xanlığının, Naxçıvan xanlığının hissələri olduğunu xatırladan Elnur Kəlbizadə vurğulayıb ki, ermənilər 19-cu əsrin əvvəllərindən etibarən bu ərazilərə kütləvi şəkildə köçürülərək məskunlaşdırılıblar:

“Birinci Dünya müharibəsindən sonra yaranmış xaotik və qarışıq vəziyyətdə bir çox dövlətlərin də dəstəyi ilə Cənubi Qafqazda ilk erməni dövləti Azərbaycan əraziləri hesabına yaradılıb. Ermənistan Respublikasının bu ərazilərdə o zaman elan edilməsinə baxmayaraq, sovet və sovetləşmədən sonrakı dövrdə də uzun müddət bu ərazinin əhalisinin əhəmiyyətli bir hissəsini yerli aborigen azərbaycanlılar təşkil edib. Həmin azərbaycanlılar XX əsrin müxtəlif dövrlərində, xüsusən 1948-1953-cü illərdə, eləcə də 80-ci illərin sonlarında öz dədə-baba torpaqlarından didərgin salınıblar.


Təbii ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından söhbət gedirsə, Ermənistan dövləti qərbi azərbaycanlıların hüquqlarını da bərpa edib, onlara dəymiş maddi və mənəvi ziyanı kompensasiya etməklə bərabər, təhlükəsizliyinə təminat verməlidir.

Bunların hamısı beynəlxalq hüquq çərçivəsində reallaşa bilər. Azərbaycanlılar özlərinin tarixi torpaqları olan İrəvana, Göyçəyə, zəngəzura qayıtmalıdırlar”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.