30 May 2024 12:14
İrəvanda keçirilən aksiyalarda etirazçılarla polis arasında qarşıdurma yaranıb.
Metbuat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, qarşıdurma etirazçıların avtomobillərlə yolu bağlamasından sonra meydana gəlib
Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan iştirakçıları hökumət binasına tərəf yollanmağa çağırıb. Hökumət binasında ölkənin Nikol Paşinyanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.
Qeyd edək ki, aksiyalar “Vətən naminə Tavuş” hərəkatı tərəfindən keçirilir.