METBUAT.AZ

İdman

İstedadlı futbolçu üçün tələb edilən məbləğ təəccübləndirdi

27 May 2024 14:18

“Nyukasl Yunayted"in ulduz hücumçusu Alexander İsakı "Arsenal"a göndərmək fikrində deyil.

Metbuat.az xəbər verir ki, hücum xəttini gücləndirmək istəyən "Arsenal" isveçrəli hücumçunu transfer siyahısının ilk sıralarına yazıb. “The Telegraph” yazır ki, “Nyukasl Yunayted" İsakı satmaq istəmir. Klub onunla müqavilə yeniləmək istəyir. İddialara görə, "Arsenal" hücumçu üçün 90 milyon funt sterlinq təklif edib. “Nyukasl Yunayted" isə “Arsenal”ın geri çəkilməsi üçün 190 milyon funt sterlinq tələb edib. "Arsenal"ın 222 milyon dollarlıq tələbə necə cavab verəcəyi məlum deyil.

Qeyd edək ki, Alexander İsak bu mövsüm 40 oyunda 25 qol vurub. O, Almaniyada keçiriləcək Avropa çempionatında İsveçrə milli komandasının heyətində çıxış edəcək.


metbuat.az.