12 May 2024 04:38
68-ci “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi müəyyənləşib.
Metbuat.az xəbər verir ki, İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) 591 xal toplayaraq qalib olub.
İsveçdəki Malmö Arenada keçirilən yarışda isveçrəli müğənni “The Code” mahnısını səsləndirib.
İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri yer alıb.