METBUAT.AZ

Hadisə

İtkin düşən yeniyetmələr

29 May 2024 11:59

Mayın 27-də və 28-də polis itkin düşmüş kimi axtarışda olan 5 nəfəri tapıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 22-də Yevlax rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, mayın 24-də Xəzər rayonunun Binə qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, Suraxanı rayonu Yeni Ramana qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, mayın 26-da Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 15 yaşlı oğlan və Binəqədi rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı oğlan tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.


metbuat.az.