METBUAT.AZ

Dünya

Lavrov Rusiyanın Ermənistandakı səfirinin Moskvaya çağırılmasını şərh etdi

24 May 2024 20:51

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin Ermənistandakı səfiri Sergey Kopırkinin Moskvaya çağırılmasını şərh edib.

Metbuat.az xəbər verir ki, “Səfirlər vaxtaşırı məsləhətləşmələr üçün gəlirlər”, - o deyib.

Ermənistan səfirinə məsləhətləşmələr üçün Moskvadan İrəvana getməsinin tövsiyə olunub-olunmayacağı ilə bağlı suala Lavrov belə cavab verib: “Elan edilən hər şey artıq elan olunub. Məsləhətçilər, birinci katiblər, attaşelər gəlirlər”.

Qeyd edək ki, mayın 24-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.


metbuat.az.