METBUAT.AZ

Siyasət

Lukaşenko İlham Əliyevi

25 May 2024 11:57

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Ölkəniz əsas bayramını Sizin müstəqil, suveren dövlət quruculuğu kursunuz sayəsində əldə olunmuş yüksək iqtisadi inkişaf nəticələri və beynəlxalq arenada uğurlarla qarşılayır.

Bu yaxınlarda dost Azərbaycana səfərimi səmimiyyətlə xatırlayıram. Səfər zamanı bizim üçün mühüm olan məsələlərin geniş spektrini etimada əsaslanan və konstruktiv məcrada müzakirə etdik.

Geniş məzmunlu danışıqların yekunları strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi, Minsk ilə Bakı arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin böyük potensialını nümayiş etdirdi.

Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, səadət və əmin-amanlıq, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".


metbuat.az.