15 May 2024 10:39
Rusiya daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi ilə şəkər ixracını müvəqqəti dayandırıb. Məhdudiyyət bu il avqustun 31-dək qüvvədə olacaq. Bu qərar ölkəmizdə şəkər tozu qiymətinə təsir edəcəkmi?
Metbuat.az mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərlinin fikrini öyrənib. İqtisaçının sözlərinə görə, Rusiyada verilən bu tip qərarlar həmişə Azərbaycan bazarına da təsir göstərib:
"Bundan öncə də Rusiyada bu tipli qərarlar qəbul olunub. Buğda, şəkər tozu, un məmulatları ilə bağlı belə qərarlar qəbul edilib. Bu hal Azərbaycanda da qiymətlərə təsir edib. Təəssüf ki, biz bir çox hallarda şəkər tozunun bir hissəsini Rusiyadan alırıq. Rusiyada qiymət artanda, Azərbaycan bazarına da təsir edir.
Bazarda olan, yerli məhsul kimi qablaşdırılıb satılan şəkər tozu var. Amma onun xammalı Rusiyadan gəlir. Sadəcə burada qablaşdırılır. Belə olan halda da, qiymət artımı müşahidə olunacaq".
Seyranə Quliyeva / Metbuat.az