METBUAT.AZ

İdman

Mbappenin Arda barədə sözləri diqqət çəkdi

22 May 2024 10:42

Xəbər verdiyimiz kimi “Real Madrid”in son həftələrdə parlayan ulduzu Arda Güler “Vilyarreal”avurduğu 2 qolla yenidən diqqət çəkməyi bacarıb.

Metbuat.az xəbər verir ki, PSJ-dən ayrıldığını açıqlayan və "Real"a transfer olacağı deyilən Kilian Mbappe Arda Güler haqqında açıqlamalar verib. "Real Madrid"in "Vilyarreal"la matçını izləyən Mbappenin yaxın ətrafına Arda Güler haqqında təriflər dediyi vurğulanıb. “Real Madrid”ə yaxın mənbələrdən hesab edilən “Defensa Central”ın məlumatına görə, Kilian Mbappe Arda Güler haqqında "Bu uşaqda xüsusi bir şey var, onun oyununu izləmək məni heyran edir” deyə bildirib.

“Defensa Central”ın xəbərində deyilir ki, Arda Güler yeni mövsümdə “Real”ın əsas heyət oyunçusu ola bilər.


metbuat.az.